Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Şəbəkənin Əsasları haqqında məlumat əldə edəcəyik.Əsas olaraq şəbəkə protokolları haqqında məlumat və wireshark proqramı ilə protokolları necə işlədyini öyrənəcəyik.
Şəbəkə Protokolları
Aşağıda iki əsas şəbəkə protokolları verilmişdir, hansılarki bizim şəbəkə skan edərkən bilməyimiz vacibdir.
TCP
Ötürülmənin idarə edilməsi protokolu (Transmission Control Protocol,TCP) – Şəbəkə infrastrukturunda istifadə olunan əsas protokollardan biridir.Hər bir server öz servislərində (HTTP,FTP,SMTP və s.) kliyent ilə serverin düzgün əlaqə qura bilməsi üçün bu protokoldan istifadə edir.
TCP şəbəkə əlaqəsinin qurulması üçün xüsusi konseptdən istifadə edir, bu konsepdə “üç əlli əl sıxma” (threeway handshake) deyilir.TCP şəbəkə seansını qurmaq üçün ilk növbədə SYN (Sinxronizasiya) paketini göndərir.Server tərəf bu paketi qəbul edir və SYN/ACK (Sinxronizasiya/Təsdiqləmə) paketi ilə bu istəyə cavab verir.Nəhayət kliyent tərəf bu dialoqu ACK paketi göndərərək bitirir.

TCP seans qurma konsepsiyasını başa düşmək lazımdır.Nmap kimi şəbəkə skanerləri aktiv hostların, açıq portların və digər informasiyaları əldə etmək üçün TCP-nin bu konsepsiyasından istifadə edirlər.
Şəbəkə snifferi WireShark- şəbəkə protokollarının necə işlədiyini başa düşmək üçün əla bir alətdir.Niyə?Çünki Sniffer şəbəkə kartı (adapteri) üzərində gələn,gedən bütün paketləri qeydə alacaqdır.
WireShark alətini işə salmaq üçün terminal ekranına “wireshark” yazmağınız bəs edir.Daha sonra isə sizə istifadə etdiyiniz şəbəkə adapterini seçmək lazımdır Ethernet olsa eth0,Wi-Fi olsa isə wlan0 olacaq.İndiki halda biz eth0 şəbəkə adapterini seçib sol yuxarı hissədən Start düyməsinə klikləyirik.

Bundan sonra google.com daxil olub TCP paketlərinin izləyirik.

Gördüyünüz kimi ilk 3 paket TCP konsepsiyası üzrə (threeway handshake) hərəkət edir.
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat