Google şirkəti, Apple iPhone modellərini hədəf alan “Coruna” (aka CryptoWaters) adlı yeni və olduqca güclü bir Exploit kitinin aşkarlandığını açıqlayıb. Bu təhlükə iOS 13.0-dan 17.2.1-ə qədər olan əməliyyat sistemi versiyalarında fəaliyyət göstərir.
Google-un Təhdid Kəşfiyyatı Qrupu (GTIG) tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu Exploit kiti beş tam iOS Exploit zənciri və ümumilikdə 23 fərqli Exploitdən ibarətdir. Bu Exploitlərin vasitəsilə hədəf qurğular üzərində genişmiqyaslı hücumlar həyata keçirmək mümkündür. İlkin məlumatlar “WIRED” tərəfindən yayımlanmışdı.
Qeyd edək ki, “Coruna” Exploit kiti iOS-un ən son versiyalarına qarşı təsirsizdir. Bu, istifadəçilərə sistemlərini mütəmadi olaraq yeniləməyin vacibliyini bir daha xatırladır. Apple, istifadəçiləri potensial təhlükələrdən qorumaq üçün daima təhlükəsizlik yeniləmələri yayımlayır.