Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında faylların ötürülməsi kommandalarıni ələ alacayıq.
Faylların ötürülməsi
Kali Linux cihazında faylların ötürülməsi üçün müxtəlif üsullar mövcuddur.Faylların internetdən/ lokal şəbəkədən yüklənməsi üçün iki alətdən (wget və curl)istifadə olunur.Növbəti misallarda iki alətdən istifadə etməklə rose.txt faylını yükləyirik.
┌──(root㉿kali)-[~]
└─# wget http://192.168.10.16:80/rose.txt
--2025-02-16 23:37:30-- http://192.168.10.16/rose.txt
Connecting to 192.168.10.16:80... connected.
HTTP request sent, awaiting response... 200 OK
Length: 23 [text/plain]
Saving to: ‘rose.txt’
rose.txt 100%[=====================================================================>] 23 --.-KB/s in 0s
2025-02-16 23:37:30 (1.05 MB/s) - ‘rose.txt’ saved [23/23]
┌──(root㉿kali)-[~]
└─# curl -O http://192.168.10.16:80/rose.txt
% Total % Received % Xferd Average Speed Time Time Time Current
Dload Upload Total Spent Left Speed
100 23 100 23 0 0 3733 0 --:--:-- --:--:-- --:--:-- 3833
Qeyd: Githubdan repoların faylların yüklənməsi üçün aşağıdakə kommandadan istifadə edə bilərsiniz.
git clone (git proyektinin URL adresi)
Faylları təhlükəsiz ötürülməsinin bir digər yolu isə SSH protokolu üzrə işləyən scp kommandasıdır.Bu kommandanın düzgün işləməsi və faylın düzgün ötürülməsi üçün SSH servisimiz aktiv olmalıdır.Aşağıda biz faylların ötürülməsinin, köçürülməsini necə baş verdiyini görəcəyik.
Əvvəlcə Ubuntu Linux cihazımızda SSH-server quracayıq və faylları burdan Kali cihazımıza ötürəcəyik və ya köçürəcəyik.Susmaya görə Ubuntu ƏS-də SSH qurulu gəlmir.SSH servisini yükləmək üçün apt install openssh-server -y kommandasını yerinə yetiririk. Ubuntu serverimizdən rose.txt faylını endirəcəyik.
rose@XAKER:~$ ls
Desktop Documents Downloads Music Pictures Public rose.txt snap Templates Videos
Yükləmə əməliyyatını yerinə yetirmək üçün scp kommandasını aşağıdakı kommanda ilə yerinə yetirin:
scp (hədəf-istifadəçi-adı@hədəf-ip:/hədəf-faylın-yolu) (faylın-köçürüləcəyi-yer)
Bizim məsələmizdə isə belə görsənəcək:
┌──(root㉿kali)-[~/Desktop]
└─# scp [email protected]:/home/rose/rose.txt .
[email protected]'s password:
rose.txt 100% 21 5.3KB/s 00:00
Burda “.”(nöqtə) işarəsi o deməkdirki bu fayl cari qovluqda yerləşdirilicəkdir. İndi isə kliyent rolunda olan Kali cihazından Ubuntu SSH serverinə yaratdığımız test.txt faylını ötürəcəyik.
scp (faylın-lokalda-yolu) (hədəf-istifadəçi-adı@hədəf-ip:/hədəf-yolu)
┌──(root㉿kali)-[~/Desktop]
└─# scp test.txt [email protected]:/home/rose/Desktop/
[email protected]'s password:
test.txt
Ümumi məntiq eynidir: Birinci olaraq ötürəcək olduğumuz fayl, ikinci isə faylın yerləşəcəyi yoldur.
Gələcək paylaşımlarda bu üsullar ilə yanaşı digər maraqlı üsulları (Samba,FTP və s.) sizlərlə payalaşacam.İndi gördüyünüz üsullar isə ən çox istifadə olunan üsullardır.
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat