Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında şəbəkə bağlantıları haqqında məlumat və idarə edilməsi kommandalarını ələ alacayıq.
Bağlantıların idarə edilməsi
Kali cihazınızda aktiv bağlantılar haqqında məlumat almaq üçün terminal ekranınızda “netstat” alətindən istifadə edə bilərsiniz.Siz bu kommandanı penetration testing etdikdə post explatation mərhələsində istifadə edəcəksiniz ki, hədəf Linux cihazı sizin cihazınızla və ya öz lokal şəbəkə daxilində necə yerləşir, hansı bağlantıları və nə iş görür.
Biz öz Kali Linux cihazımızda SSH (port 22) və web server (port 80) qaldırdıq.”netstat” aləti ilə biz qaldırdığımız servislərin necə bağlantıları dinlədiyini görəcəyik.
┌──(root㉿kali)-[~]
└─# service ssh start
┌──(root㉿kali)-[~]
└─# service ssh status
● ssh.service - OpenBSD Secure Shell server
Loaded: loaded (/usr/lib/systemd/system/ssh.service; disabled; preset: disabled)
Active: active (running) since Sat 2025-02-15 01:46:40 +04; 5s ago
┌──(root㉿kali)-[~]
└─# python3 -m http.server 80
Serving HTTP on 0.0.0.0 port 80 (http://0.0.0.0:80/) ...
Servislərin həqiqətən işlədiyini yoxladıqdan sonra isə bağlantılar haqqında məlumata baxaq:
┌──(root㉿kali)-[~]
└─# netstat -antu
Active Internet connections (servers and established)
Proto Recv-Q Send-Q Local Address Foreign Address State
tcp 0 0 0.0.0.0:5355 0.0.0.0:* LISTEN
tcp 0 0 127.0.0.53:53 0.0.0.0:* LISTEN
tcp 0 0 127.0.0.54:53 0.0.0.0:* LISTEN
tcp 0 0 0.0.0.0:80 0.0.0.0:* LISTEN
tcp 0 0 0.0.0.0:22 0.0.0.0:* LISTEN
İlk 3 sətirə fikiriniz qatmayın bu Kali Linuxun işləməsi üçün istifadə olunur. Bizim qaldırdığımız servislər isə son 2 sətirdə yerləşir. Siz görə bilirsinizki uyğun portlarda işləyən servislər 0.0.0.0 adresindən yəni istənilən adresdən və istənilən portdan bağlantı qurulmağını gözləyir.
İndi isə “netstat” kommandasının parametrlərini nəyi xarakterizə etdiyini öyrənək:
- -a / –all – Bütün soketləri göstərir.Göründüyü kimi ətraflı məlumatlardan bizə lazım olanını filtr kommandaları ilə çıxara bilərik(Əvvəlki paylaşımlarda bu göstərilib)
- -n/ –numeric – Adları icazə vermir.Gördüyünüz kimi yuxarıda 80 portu göstərilmişdir bu kommanda olmasa onun yerinı HTTP yazını görəcəyik.(SSH ilədə həmçinin)
- -t / –tcp Ancaq TCP bağlantılarını göstərəcək.
- -u /–udp – Ancaq UDP bağlantıları göstərəcək.
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat