Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında DNS haqqında məlumat əldə edəcəyik və Kali Linux DNS sazlamasını yerinə yetirəcəyik.
DNS haqqında qısa məlumat
Domain Name System (DNS) domen adlarını İP addreslərinə çevirir.Məsələn siz google saytına daxil olarkən https://172.217.169.142/ yox məhz https://google.com yazaraq sayta daxil olursunuz.Sual yaranır bəs mən İP adresi hardan öyrəndim? Buna görə terminalda host vəya Windows ƏS isə ping ata bilərsiniz.
KALİ LİNUX
┌──(root㉿kali)-[~]
└─# host google.com
google.com has address 142.250.187.142
WINDOWS 10
C:\Users\rose13>ping google.com
Pinging google.com [172.217.169.142] with 32 bytes of data:
Reply from 172.217.169.142: bytes=32 time=51ms TTL=117
Reply from 172.217.169.142: bytes=32 time=50ms TTL=117
Reply from 172.217.169.142: bytes=32 time=52ms TTL=117
Reply from 172.217.169.142: bytes=32 time=51ms TTL=117
Qeyd: İki fərqli cihazdan fərqli nəticələr ala bilərsiniz.Bu cihazın hansı server ilə əlaqə keçməyindən asılıdır.
DNS iki kateqoriyaya ayrılır: ümumitəyinatlı və şəxsi. Google saytını DNS adresi ümumitəyinatlıdır, buna əsasəndə istənilən internetə çıxışı olan şəxs həmin DNS adres ilə Google adresinə daxil ola bilər.
Ümumitəyinatlı DNS adresləri ilə yanaşı şəxsi DNS adreslərindən də istifadə olunur.Şəxsi Lokal şəbəkə üçün DNS xidmətini DNS server ilə (Windows Server) , əlavə olaraq router əgər DNS xidməti varsa.
Diqqət yetirməli, Siz Kali cihazınınızın DNS konfiqurasiya faylına şəxsi statik DNS yazılarınızı əlavə edə bilərsiniz. /etc/hosts faylını dəyişdirərək istənilən domen adını istənilən İP adresinə yönləndirə bilərsiniz.(Bax beləcədə DNS Spoofing işləyir.Xaker sizin cihazın DNS faylını A yazılarını əlavə edərək, öz serverinə yönləndirə bilər.)
┌──(root㉿kali)-[~]
└─# cat /etc/hosts
127.0.0.1 localhost
127.0.1.1 kali
::1 localhost ip6-localhost ip6-loopback
ff02::1 ip6-allnodes
ff02::2 ip6-allrouters
DNS Spoofing hücumu
Bu hücumu və DNS transferi irəlidəki paylaşımda ələ alacayıq, amma bunu bir praktika olaraq yerinə yetirək.Hücum yuxarıda qeyd etdiyim kimi xakerin sizin cihazın DNS faylını dəyişdirilməsi ilə istəinilən domen adını öz serverinə yönləndirə bilər.Kali də DNS qeyd etmək üçün aşağıdakıları yerinə yetirin:
Sadəcə olaraq faylı açın və qeydinizi əlavə edin:
┌──(root㉿kali)-[~]
└─# cat /etc/hosts
127.0.0.1 localhost
127.0.1.1 kali
::1 localhost ip6-localhost ip6-loopback
ff02::1 ip6-allnodes
ff02::2 ip6-allrouters
192.168.10.16 google.com
Burda google.com adresi üçün mən 192.168.10.16 İP adresini vermişəm amma bu Kali cihazımın İP adresidir.İndi biz cihazımızda web server qaldırcayıq:
┌──(root㉿kali)-[~]
└─# python3 -m http.server 80
Serving HTTP on 0.0.0.0 port 80 (http://0.0.0.0:80/) ...
Gördüyünüz kimi web serverimizdə hazırdır.Artıq istifadəçi web brovserində google.com adresini daxil etdikdə bizim qaldırdığımız serverə yönləndirilləcək.

Artıq google.com ardesinə daxil olan şəxslər bizim serverə yönləndiriləcək.İndi bu hücumun hansı nəticələrə gətirəcəyi xakerin xəyal gücündən və mərhəmətindən asılıdır.
Yenidən əvvəlki vəziyyətinə gətirmək üçün, yəni İP adresini DHCP serverdən alması üçün yazdığımız kommandları konfiqurasiya faylında komment- şərh etməyimiz lazımdır.
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat