Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında Kali Linux əməliyyat sistemində şəbəkə üzrə statik ip verilməsini həyata keçirəcəyik.
Linuxa statik ip verilməsi
Əgər siz Kali cihazınızın statik ip almasını istəyirsinizsə, /etc/network/interfaces konfiqurasiya faylını redakte etməli olacayıq.Statik İP vermək üçün aşağıdakı nüansları nəzərə almalıyıq:
- Statik İP seçməliyik(mənim diapazonumda bu 192.168.10.13 olacaq, sizdə fərqlənə bilər)
- Şəbəkə alt maskası və ya CİDR (/24 CİDR forması 255.255.255.0 ifadə edir.)
- Routerin/Gateway İP adresi (mənim şəbəkəmdə bu 192.168.10.1 uyğun gəlir sizdə bu fərqlənə bilər)
Əlavə etməli olduğumuz kommandaları aşağıda göstərilmişdir:
#STATIC IP
auto eth0 (interfeysin adı)
iface eth0 inet static (interfeys adı ilə ip alacağımız metod)
address 192.168.10.13/24 (Şəbəkə maskası və ya CİDR)
gateway 192.168.10.1 (Router-Gateway İP adresi)
Bu kommandaları əlavə edərək konfiqurasiya faylını yadda saxlayın. Və /etc/network/interfaces faylının son görüntüsü aşağıdakı kimi olmalıdır.
┌──(root㉿kali)-[~]
└─# cat /etc/network/interfaces
# This file describes the network interfaces available on your system
# and how to activate them. For more information, see interfaces(5).
source /etc/network/interfaces.d/*
# The loopback network interface
auto lo
iface lo inet loopback
#STATIC IP
auto eth0
iface eth0 inet static
address 192.168.10.13/24
gateway 192.168.10.1
Konfiqurasiya faylını yadda saxladıqdan sonra dəyişikliyin baş verməsi üçün mütləq Kali cihazınızı yenidən başladın.Restart sonrası Kali cihazınızın ip düzgün aldığı və xarici şəbəkə ilə əlaqəsini yoxlamaq üçün Google DNS adressinə 8.8.8.8 ip adressinə ping ata bilərsiniz.
┌──(root㉿kali)-[~]
└─# ifconfig
eth0: flags=4163<UP,BROADCAST,RUNNING,MULTICAST> mtu 1500
inet 192.168.10.13 netmask 255.255.255.0 broadcast 192.168.10.255
inet6 fe80::20c:29ff:febb:e94a prefixlen 64 scopeid 0x20<link>
ether 00:0c:29:bb:e9:4a txqueuelen 1000 (Ethernet)
RX packets 11 bytes 10532 (10.2 KiB)
RX errors 0 dropped 0 overruns 0 frame 0
TX packets 39 bytes 4732 (4.6 KiB)
TX errors 0 dropped 0 overruns 0 carrier 0 collisions 0
lo: flags=73<UP,LOOPBACK,RUNNING> mtu 65536
inet 127.0.0.1 netmask 255.0.0.0
inet6 ::1 prefixlen 128 scopeid 0x10<host>
loop txqueuelen 1000 (Local Loopback)
RX packets 8 bytes 480 (480.0 B)
RX errors 0 dropped 0 overruns 0 frame 0
TX packets 8 bytes 480 (480.0 B)
TX errors 0 dropped 0 overruns 0 carrier 0 collisions 0
Yenidən əvvəlki vəziyyətinə gətirmək üçün, yəni İP adresini DHCP serverdən alması üçün yazdığımız kommandları konfiqurasiya faylında komment- şərh etməyimiz lazımdır.
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram: https://t.me/xakeraz_official